HERBA FLORA






Fitoton mavi gil

Mavi gil dərini yumşaldır, tonuslandırır, sızanaq və səpgiləri aradan qaldırır, ağardır, qırışları hamarlaşdırır, antisellülit, antibakterial təsir göstərir. Mavi gildən hazırlanmış kosmetik maska problemli nahiyəyə çəkildikdə mimiki qırışların açılmasına, səpgi və piqment ləkələrin solmasına kömək edir, eləcə də cavanlaşdırıcı effekt verir, dərini möhkəm və elastik edir. Mavi gil həm quru, həm də yağlı dərilərdə istifadə oluna bilər. Mavi gil mütəmadi istifadə üçün nəzərdə tutulmuş, sızanaqlardan xilas olmaq və üz dərisinin rəngini yaxşılaşdırmaq üçün effektiv kosmetik vasitədir.

 

Reseptlər:
1.Sızanaqlar üçün maska: 2 xörək qaşığı mavi gil xama şəklində kütlə alınana kimi mineral su və ya çay dəmləməsi ilə qarışdırılır. Alınan kütləyə 1 çay qaşığı limon şirəsi əlavə edilir. Maska qalın təbəqə şəklində gözətrafı nahiyə xaric olmaqla üzə çəkilir. Üzdə 15 dəqiqə qaldıqdan sonra maska nəm pambıq ilə silinir, sonra ilıq su ilə yuyulur.

2.Normal dəri üçün təmizləyici maska: 20-25 qr gil tozu südlə xamayabənzər kütlə alınana kimi qarışdırılır. (Bu tərkib saxsı və ya şüşə qabda hazırlanmalı və taxta qaşıqla qarışdırılmalıdır). Sonra alınmış maska nazik təbəqə şəklində fırça və ya pambıqla üzə çəkilir. Maska üzdə 15-30 dəqiqə qaldıqdan sonra nəm pambıqla silinib ilıq su ilə yuyulur və qidalandırıcı krem çəkilir. Südü həmçinin yaşıl çay ilə də əvəz etmək olar. Həssas dərilərdə maskanın üzdə qalma müddətini azaltmaq olar.

3.Ağardıcı maska: yulaf kəpəyi 1/2 çay qaşığı bal ilə qarışdırılıb üzərinə mavi gil və 4 damcı limon şirəsi əlavə edilir. Alınmış kütlə su hamamında dəmlənilir. Maska isti şəkildə üzə çəkilir, dəsmalla örtülür, 15 dəqiqə saxlanıb daha sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

4.Qidalandırıcı maska: yumşaq pomidor doğranır və üzərinə püre şəklində kütlə alınana qədər mavi gil əlavə olunur. Maska üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

5.Saçların hamar və parlaq olması üçün bərpaedici maska: 1 çay qaşığı kərə yağı, 1 yumurta sarısı, 1 çay qaşığı bal, bir o qədər də limon şirəsi (sirkə də istifadə etmək olar) və 1 çay qaşığı mavi gil qarışdırılır, alınan maska saçların dibinə çəkilir, 15-30 dəqiqə saxlanılır, sonra isə şampun və balzam vasitəsilə yuyulur.

6.Saçları möhkəmləndirici və qidalandırıcı maska: gil kütləsinə 1 ədəd yumurta sarısı əlavə edilir, alınan qarışıq saça çəkilir və başa isti papaq geyilir, 10-15 dəqiqədən sonra isti su ilə yuyulur.

7.Antisellülit maska: gil su ilə qarışdırılır və problemli nahiyəyə çəkilir, isti parça ilə sarınır, 20-30 dəqiqədən sonra yuyulur. Yüksək nəticə əldə etmək üçün prosedur hamamda təkrar olunmalıdır.

8.Stress əleyhinə gil vannası: vannaya 100-200 qr gil əlavə edilməli və seans 15- 20 dəqiqə olmalıdır. Vanna proseduru həftədə iki dəfə qəbul edilə bilər.

9.Soyuqdəymə əleyhinə və orqanizmi tonuslandırıcı kompress: əvvəlcə su ilə qarışdırılmış gil kütləsi isidilir. Alınmış isti kütlə xəstə nahiyəyə çəkilir və polietilenlə sarınaraq üzərinə istiqac qoyulur. 15-20 dəqiqə sonra isti su ilə yuyulur.

Qeyd: üz və saç üçün tətbiq olunan maskalar həftədə 2 dəfə istifadə olunmalıdır. Ay ərzində 6-8 dəfə istifadədən sonra 1 həftə fasilə verilməlidir. Vanna prosedurları isə ayda 2 dəfə tətbiq olunmalıdır.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem