HERBA FLORA






Küncüt yağı

(Oleum sesami)

Yağın əldə edilmə üsulu: Soyuq presləmə.

Yağın rəngi və ətri: Xəfif ətirli, demək olar ki, iysiz və açıq sarı rəngli.

Kimyəvi tərkibi: Fitosterin, sezamin (xloroform), sezamol (oksihidroxinonun metil efiri), sezamolin, skvalen, samol, E,A, D, B1, B2,B3, C vitaminləri, həmçinin Ca (1 çay qaşığı küncüt yağında yetkin insanın kalsiuma olan sutkalıq tələbatını ödəyəcək qədər kalsium var), K, P, Fe, Mg, Zn və s.

Yağ-turşu tərkibi: Tərkibində olein (37-42%), linol (39-47%), palimitin (8-11%), stearin (4-6%) və araxin (1,0%-ə qədər) turşularının qliseridləri daxil olan piyli yağ (60%-ə qədər).

Farmakoloji təsiri: Küncüt yağı insan orqanizminə təsir göstərərək toxumaları bərpa edir, onların böyüməsini sürətləndirir, orqanizmi vacib zülallarla təmin edir, bağırsaqların işini bərpa edir, qanda xolesterinin səviyyəsini aşağı salır, bütün mübadilə proseslərini normallaşdırır. Küncüt yağı dərinin dərin qatlarına keçə bilir, onu yumşaldır və mübadilənin zərərli məhsullarını, zədələnmiş, ölü hüceyrələri orqanizmdən xaric edərək dərini təmizləyir. Təbii bir antioksidant kimi dəriyə təsir edərək erkən qocalma əlamətlərinin yaranmasının qarşısını alır. Bunlardan əlavə küncüt yağı möhtəşəm UB-filtri olub dərini şüalanmadan qoruyur.

İstifadəsinə göstəriş:

- qəbizliyin, hiperasid qastritin, mədə və onikibarmaq bağırsaq xorasının, kolitin, enterokolitin, mədəaltı vəz xəstəliklərinin və helmintozların kompleks müalicəsi,

- qaraciyərin piy distrofiyası, öd yollarının diskineziyası və hepatitlərin kompleks müalicəsi,

- ateroskleroz, hipertoniya,

- yuxusuzluq, apatiya, depressiya, qıcıqlanma və yorğunluq,

- müxtəlif ağciyər xəstəlikləri, təngnəfəslik, astma, quru öskürək,

- qanazlığı, daxili qanaxmalar, qalxanabənzər vəzin hiperfunksiyası,

-hemorragik diatez, hemofiliya, Verlhof xəstəliyi, essensial trombositopeniya, trombositopenik purpur,

- şəkərli diabet,

- piylənmə,

- osteoporozun kompleks müalicəsində,

- dərinin komedon səpgiləri, eləcə də qızartı, qabıqlanma və iltihab ilə müşayiət olunan müxtəlif dəri qıcıqlanmaları,

- müxtəlif onkoloji xəstəliklərin profilaktikası.

İstifadə formaları və qaydası: Böyüklərə küncüt yağından ya təmiz halda (gündə 2-3 dəfə 1 çay qaşığı yemək vaxtı), ya da salatlara və ya müxtəlif yeməklərlə birgə istifadə etmək məsləhət görülür.

Uşaqlar üçün küncüt yağının sutkalıq dozası:

1-3 yaş – 3-5 damcı;

3-6 yaş – 5-10 damcı;

10-14 yaş – 1 çay qaşığı.

Saçlara qulluq üçün yağ başın dərisinə yaxılır, masaj edilir. 30 dəq sonra isti su sabunla yuyulur. Bütün masaj növlərində istifadə edilə bilər. Masajdan sonra 40 dəqiqə müddətində yağ bədəndə qalmalıdır, bundan sonra dəri isti su və sabunla yuyula bilər. Üz dərisinə masajla yeridilir. 30 dəqiqədən sonra yağın artığı salfetlə silinir. Bunlardan əlavə küncüt yağı maskaların hazırlanmasında da istifadə edilir.

Əks göstəriş: Küncüt yağına qarşı fərdi həsslıq. Qanında laxtalanması yüksək olan, tromb yaranmaya meyillik olan, venoz damarların varikoz genişlənməsindən əziyyət çəkənlər, hiperkalsemiya kimi vəziyyətlərdə qəbuldan öncə həkimlə məsləhətləşməli.

Digər dərmanlarla qarşılıqlı təsiri: Turşəng turşusu, aspirin və estrogenin törəmələri ilə birgə qəbul etmək olmaz.

Saxlanma qaydası: Qaranlıq və sərin yerdə saxlamalı. İlkin istifadədən sonra butulkanın ağzını bərk bağlayıb soyuducuda saxlamaq lazımdır.

Buraxılış forması: 125 ml.

İstehsalçı: Herba Flora şirkəti.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem