HERBA FLORA






Jenşen kökü
 
İstifadəsinə göstəriş:
Fiziki və zehni yorğunluq, miqren, nevrozlar, nevrasteniya, ürək-damar sisteminin funksional pozğunluqları, revmatizm, şəkərli diabet, funksional cinsi zəiflik, immunitetin zəifləməsi zamanı və infeksion xəstəliklərdən sonrakı dövrdə tətbiq edilir.
 
Hazırlanma və istifadə qaydası
Jenşen kökü 2 formada hazırlanır:
 
1 forma: 40 qr (1 qutu) kökün üzərinə 200 ml (1 stəkan) qaynadılmış şirin su tökülür.
3-4 saatdan sonra su süzülür, köklər xırda doğranır, üzərinə 500 ml 40%-li spirt tökülür və qaranlıq yerdə 3 həftə saxlanılır.
Gündə 1 dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir.
 
2 forma: 20 qr kökü xırdaladıqdan sonra üzərinə 200 ml (1 stəkan) qaynadılmış su tökülür və 100 ml su qalana qədər qaynadılır.
Gündə 1 dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl qəbul edilir. Qəbul müddəti 60 gündür.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem