HERBA FLORA






 

 

Çəhrayı rodiola

 

Tərkibi: Efir yağları (geraniol, oktanol), fenol­spirtlər, flavonoidlər (kempferol, hiperozid, kverse­tin), dəmir, fosfor, maqnezium, manqan, C vitamini, niko­tin turşusu.

 

Farmakoloji təsiri:

Sinir hüceyrələrində oyanma və tor­moz­lanma proses­lərini tənzimləyir, nevrozların, vege­tativ-damar disto­ni­ya­sının, fiziki və zehni yorğunluğun müalicəsində istifadə olunur. Orqanizmə stimul­laşdırıcı təsir göstərir, stressə qarşı davamlılığı artırır, əzələ gücünü bərpa edir, immuniteti gücləndirir.

Damar tonusunu və elastikliyini artırdığına görə arte­rial təzyiqi yüksəldir və hipotoniyanın qarşısını alır. Qalxanabənzər vəzin funksiyasını və metabolik prosesləri aktivləşdirir, həmçinin cinsi qabiliyyəti artırır.

 

Əks göstərişlər:

Hipertoniya, hipertireoz, qızdırma, yu­xu­suzluq, emo­sio­nal gərginlik, hamiləlik, südvermə.

 

İstifadə qaydası:

Bir xörək qaşığı xammalın üzərinə 300 ml (1,5 stəkan) qaynar su tökülür, 4 saat müddətində dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. 5 gün qəbul olunduqdan sonra 1 həftə fasilə verilir və ehtiyac olduqda müalicə təkrar olunur.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem