HERBA FLORA






Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

   

 

 

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 78-i müalicəvi bitkilər, 25-i bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 7-si şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 13-ü müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. 2007-2017-ci illər arasında dərc olunan HERBA FLORA adlı aylıq elmi-kütləvi tibb jurnalı əhalinin elmi-tibbi biliklərinin  artırılmasında mühim rol oynamışdır. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq www.herba-flora.com saytında, www.facebook.com/herbaflora.azwww.facebook.com/zerifcaylari səhifələrində sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd FİTOCLUB fəaliyyət göstərir.  

 

 

 

 

 

İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan HERBA FLORA şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır. Həmçinin, Tibb Universitetində keçirilən konfrans və seminarlara təşkilati dəstək göstərir.
HERBA FLORA şirkəti beynəlxalq İSO 9001:2008 keyfiyyəti idarəetmə sisteminin standartlarına uyğun fəaliyyət göstərir. HERBA FLORA şirkəti 2013-cü ildə Gözəllik sərgisinin, 2009, 2010, 2011, 2012, 2014, 2015 və 2016-cı illərdə Azərbaycan Beynəlxalq Səhiyyə, Gözəllik və Estetik Tibb sərgilərinin, iştirakçısı olmuş, “Ən yaxşı məhsul nümayişi”, “Ən yaxşı korporativ stil” və “Ən uzunmüddətli iştirakçı” sertifikatlarına layiq görülmüşdür. Məhsulları ilə istehlakçıları daim məmnun edən HERBA FLORA şirkəti yeni məhsulların istehsalını davam etdirir.

Sizə Sağlamlıq Arzulayırıq!

 

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem