HERBA FLORA






Hepartea çayı

(qaraciyər xəstəlikləri üçün çay)

Tərkibi:

Ləkəli alaqanqal toxumu, zəyərək toxumu, qarğıdalı saçağı, dazıotu otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu.

 

Kimyəvi tərkibi:

Ləkəli alaqanqal toxumunun tərkibində silimarin, silibin, silidianin, taksifolin, silixristin, kversetin, 32% piyli yağlar, K vitamini vardır. Zəyərək toxumunun tərkibində linol, linolen, olein turşularının qliseridlərindən ibarət piyli yağlar, linamarin qlikozidi, üzvi turşular, fermentlər və A vitamini vardır. Qarğıdalı saçağının tərkibində qlikozidlər, saponinlər, K, B1, B2, B6, D, E, C vitaminləri vardır. Dazıotu otunun tərkibində aşı maddələri, hiperisin qlikozidi, karotin, P və PP vitaminləri, xolin vardır. Boymadərən otunun tərkibində axillein alkaloidi, xamazulen, mürəkkəb efirlərdən kamfora, tuyon, borneol, sineol efirləri, apiqenin və lyuteolin qlikozidləri, aminturşular, karotin, K və C vitaminləri vardır. Üçbölümlü yatıqqanqal otunun tərkibində flavonoidlər, 6,5% aşı maddələri, karotin, askorbin turşusu, Mn və s. maddələr vardır.

 

Farmakoloji təsiri:

Hepatoprotektor, antioksidant, antitoksik, antiseptik, iltihab əleyhinə, xolelitik, xolekinetik, zəif xolesekretik təsir göstərir, həzm prosesini yaxşılaşdırır.

 

İstifadəsinə göstəriş:

  • Kəskin və xroniki hepatit
  • Daşlı xolesistit
  • Qaraciyər sirrozu
  • Toksik hepatit
  • Diabetik hepatopatiya
  • Hamiləliyin I yarısının toksikozu
  • Qaraciyərin piy distrofiyası
  • Yenidoğulmuşların sarılığı
  • Qaraciyərdə aparılan cərrahi müdaxilələrdən sonra
  • Şüa terapiyasından sonra

 

Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

 

Müalicə kursu 30 gündür.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 

 

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem