HERBA FLORA






Gicitkən çayı

 

Tərkibi: gicitkən yarpaqları.

 

Təsiri: Qan laxtalanmasını sürətləndirir, ağciyər, qida borusu, mədə və bağırsaq, həmçinin uşaqlıq, babasil və aybaşı qanaxmalarında qankəsici vasitə kimi tətbiq olunur. Dəmirlə zəngin olduğundan qanazlığı zamanı istifadə olunur. Xaricə istifadədə dəriyə antibakterial, antiallergik və iltihab əleyhinə təsir edir, dəri səpgilərində, trofik xoralarda, ekzemalarda, saç tökülməsi və kəpəklənmədə dərinin yuyulması və saçların yaxalanması üçün istifadə olunur.

 

Əks göstəriş: Hamiləlik, tromboz, venoz damarların varikozu, laxtalanmanın artması ilə müşayiət olunan xəstəliklər.

 

İstifadə qaydası: 1-2 filtr-bağlama 1 stəkan (200 ml) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, gündə 2-3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem