HERBA FLORA






Fitolosyon

Üz səpgiləri əleyhinə

Fitolosyon sızanaq, civzə, müxtəlif mənşəli səpgilər və yeni əmələ gəlmiş piqment ləkələrinin qarşısını almaq üçün istifadə olunur.

 

Tərkibi:

  • Xiyar cövhəri
  • Gülümbahar cövhəri
  • Aptek çobanyastığı cövhəri
  • Əməköməci cövhəri
  • Salisil spirti
  • Etil spirti
  • Mineralsızlaşdırılmış su.

Təsiri:

Fitolosyondan mütəmadi istifadəsi üz dərisinin xarici təsirlərə qarşı dözümlülüyü və elastikliyi artırır, antioksidant effekt verir. Aptek çobanyastığı və gülümbahar güclü dezinfeksiyaedici və antiseptik təsirlərə malikdir. Əməköməcinin tərkibində olan sellüloza üz dərisini elastik və təravətli edir, salisil spirti isə dərinin pH-nı tənzimləyərək bakteriya və mikrobların inkişafının qarşısını alır. Xiyar cövhəri üzdə olan qırışları hamarlaşdırır və üzə botoks effekti verir.

 

İstifadə qaydası:

Üz dərisi gündə iki dəfə tampona hopdurulmuş losyonla silinir. Fərdi həssaslıq zamanı və gözətrafı nahiyəyə istifadəsi məsləhət görülmür.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem