HERBA FLORA






Fitolosyon

Üz təmizləmə losyonu + Karotin

(A vitamini)

 

Fitolosyon üz dərisinə sakitləşdirici, antimikrob təsir göstərir, qıcıqlanma törətmədən kosmetik vasitələri təmizləyir, dərinin elastikliyini bərpa edir.

 

Tərkibi:

  • Xiyar cövhəri
  • Aloe vera cövhəri
  • Əməköməci cövhəri
  • Gülümbahar cövhəri
  • Aptek çobanyastığı cövhəri
  • Etil spirti
  • Mineralsızlaşdırılmış su.

 

Təsiri:

Aloe vera zəngin vitamin və mineral tərkibi, həmçinin dəriyə uyğun pH-ı sayəsində üz dərisini sakitləşdirir, yumşaldır, qıcıqlanmanı aradan qaldırır, yenilənməsini sürətləndirir. Əməköməci C vitamini və protein mənbəyidir, dəri səthində olan bakteriyalara qarşı prooksidant təsir göstərərək onun infeksiyalaşmasının qarşısını alır. Təzə xiyar cövhərinin tərkibindəki karotin, PP vitamini, C və B qrupu vitaminləri dərinin regenerasiya qabiliyyətini artırır. Aptek çobanyastığı və gülümbahar çiçəkləri çox güclü dezinfeksiyaedici və antiseptik xüsusiyyətə malikdir.

 

İstifadə qaydası:

Tampona hopdurulmuş losyonla dəri kosmetik vasitələrdən təmizlənir. Fərdi həssaslıq zamanı və gözətrafı nahiyəyə istifadəsi məsləhət görülmür.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem