HERBA FLORA






Nat-Ərküdə (Vitex agnus castus)

Qadınlarda hormonal balansı tənzimləyən bitki mənşəli preparat

 

Kimyəvi tərkibi: 4-6% efir yağları, vitisin alkaloidi, 1%-ə yaxın flavonoidlər, 1-3% yağ turşuları, iridoid qlikozidlər (0,5% aqnuzid), kastisin, steroidlər, vitaminlər (fol turşusu, B1, B2, B6), tanin.

 

Farmakoloji təsiri:

Nat-ərküdə dofaminergik təsir göstərərək adenohipofizdən prolaktin ifrazını azaldır. Prolaktinin azalması süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və siklik ağrı sindromunun aradan qalxmasına səbəb olur. Qonadotrop hormonların səviyyəsini tənzimləyir, sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual sikl pozulmalarını aradan qaldırır. Estradiol və progesteron arasındakı disbalansı tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər) azaldır, sonsuzluğun müalicəsində istifadə olunur. Nat-ərküdə menopauza ilə əlaqəli hormonal disbalansı tənzimləyir. Qadın reproduktiv xəstəliklərinin profilaktikasını təşkil edir.

 

İstifadəsinə göstəriş:

Fibrokistik mastopatiya

Hiperprolaktinemiya

Menstrual sikl pozulmaları

Predmenstrual sindrom (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər)

Menopauza

Sarı cismin hipofunksiyası ilə əlaqədar sonsuzluq.

 

Əks göstəriş: Hamiləlik və laktasiya dövrü, 12 yaşına qədər uşaqlar, menstruasiya dövrü, preparata qarşı fərdi həssaslıq.

 

Digər dərmanlarla qarşılıqlı təsiri: Tərkibində hormonal maddələr olan preparatlarla birgə qəbulu yolverilməzdir. Oral kontraseptivlərin təsir effektini azaldır.

 

İstifadə qaydası və dozalanma:

Profilaktik məqsədlə gündə 3 dəfə, hər dəfə 1 kapsul, müalicə məqsədilə gündə 3 dəfə, hər dəfə 2 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat uzun müddət istifadə edilə bilər.

 

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem