HERBA FLORA






Duzlaşma əleyhinə yığıntı
 
Tərkibi: 
İşlədici murdarça meyvəsi, itburnu meyvəsi, zirə meyvəsi, razyana meyvəsi, yemişan meyvəsi, aptek çobanyastığı çiçəyi, solmazçiçəyi çiçəyi, qızılçətir otu, boymadərən otu, yatıqqanqal otu, dazı otu, damotu otu, mərcangilə yarpağı, ayıqulağı yarpağı, istiotlu nanə yarpağı, gicitkən yarpağı, kövrək murdarça qabığı, dərman pişikotu kökü.
 
İstifadəsinə göstəriş:
Yığıntı artrozlarda istifadə olunur.
 
İstifadə qaydası:
Bir xörək qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, isti və qaranlıq yerdə 12 saat saxlanır, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Bir ay qəbul edilir, 2 həftəlik fasilədən sonra müalicə kursu təkrarlanır.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem