HERBA FLORA







Ç
aytikanı yağı

Tərkibi:

Karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular (omeqa-9, omeqa-6, omeqa-3), fosfolipidlər, mikroelementlər (Co, Ni, Mg, Cu, Ag, Fe, Si).

 

Təsiri:

Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12 barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.

 

Göstərişlər:

  • Yanıq və donmalar
  • Mədə və 12 barmaq bağırsaq xoraları
  • Düz bağırsaq çatları, babasil, qəbizlik
  • Yataq yaraları
  • Uşaqlıq boynunun eroziyaları
  • Endometrit, kolpit, servisit
  • Keratitlər
  • Rinitlər, anginalar
  • Stomatitlər, parodontoz
  • Saç tökülməsi

Əlavə təsiri:

fərdi allergik reaksiya

 

Əks göstəriş:

xolesistit, öd daşı xəstəliyi, pankreatit, diareya.

 

İstifadəsi:

Daxilə gündə 2 dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Müalicə 30 gün müddətində aparılır.

Xaricə islatma və sarğı şəklində tətbiq olunur, sarğı hər gün dəyişdirilir.

Ginekologiyada gündə 1 dəfə yağda isladılmış tampon şəklində tətbiq olunur. Müalicə 7-14 gün müddətində aparılır.

Düz bağırsaq xəstəliklərində gündə 2 dəfə 1-2 ml mikroimalə şəklində istifadə olunur. Müalicə müddəti 7-14 gündür.

Gündə 2 dəfə səhər və axşam hər burun dəliyinə 3 damcı yağ tökülür.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem