HERBA FLORA






Fitooil Balqabaq yağı

Tərkibi:

yağ turşuları, fosfolipidlər, fitosterin, karotinoidlər, A, E, C, B qrupu, K, P vitaminləri, Mg, Fe, Zn, Se.

 

Farmakoloji təsiri:

Helmintozların, xüsusən də lentşəkilli qurdların müalicə və profilaktikasında istifadə olunur, qurdları iflic edərək bağırsaqlardan eradikasiya edir, yenidən yoluxmanın qarşısını alır. Hepatoprotektor və antioksidant təsir edərək qaraciyər və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin strukturunu bərpa edir, piy distrofiyasının və iltihabi proseslərin inkişafının qarşısını alır, öd hasilatını artırır, ödün biokimyəvi tərkibini normallaşdırır. Epitel toxumasının strukturuna bilavasitə təsir edərək onların regenerasiyasını, differensiasiyasını və fizioloji funksiyasını bərpa edir, eroziv proseslərin sağalmasını sürətləndirir. Trofiki pozulma zamanı mikrosirkulyasiyanı artırır, mübadilə proseslərini normallaşdırır. Tərkibində olan fitosterin və karotinoidlər prostat vəzin iltihabını aradan qaldırır, E vitamini və Zn erektil funksiyanı və spermatogenezi tənzimləyir.

 

İstifadəsinə göstəriş:

-  Helmintozlar – askaridoz, enterobioz, lyamblioz

-  Öd yollarının diskineziyası, xolesistit, hepatitlər və qaraciyərin piy distrofiyası

-  Qastrit, kolit, enterokolit, qəbizlik və meteorizm

-  Parodontoz, stomatit, gingivit

-  Prostatit, prostat vəzin adenoması, erektil disfunksiya

-  Kolpit, uşaqlıq boynunun eroziyası, endoservisit

-  Herpes, psoriaz, ekzema, dermatit, hiperkeratoz, dəri yanıqları, yataq və trofik xoralar, seboreya

-  Şüa terapiyasından sonra

 

Əlavə təsiri: Uzun müddət qəbul etdikdə nəcisin xarakterini dəyişərək ishal və müxtəlif dispepsiya əlamətləri verə bilər.

 

Əks göstəriş: Fərdi həssaslıq. Öd daşı xəstəliyi, mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşmə mərhələsi.

 

İstifadə formaları və qaydası:

1 çay qaşığı gündə 3 dəfə yeməkdən 1 saat əvvəl  və  ya  yeməkdən 2 saat sonra daxilə  qəbul  edilir (soyuq su ilə qəbul etmək məsləhət deyil, gəyirmə yaranarsa limon şirəsi ilə qəbulu məsləhətdir). Qəbul müddəti mədə-bağırsaq xəstəlikləri zamanı 2-3 həftə, qaraciyər xəstəlikləri zamanı 6-8 həftə, prostat vəzin xəstəliklərində isə 4 həftədir. Digər xəstəliklər zamanı isə 1 ay müddətinə qəbul edilir.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem