HERBA FLORA






Adaçayı (sürvə) çayı

 

Tərkibi:

Adaçayı yarpaqları.

 

Təsiri:

Ağız boşluğu və udlağın selikli qişasına güclü antibakterial, büzücü və iltihab əleyhinə təsir göstərir, stomatitlər, gingivitlər və parodontoz zamanı dişətinin qan dövranını yaxşılaşdırır, yaraların sağalmasını sürətləndirir. Badamcıqların iltihabını və şişkinliyini, həmçinin boğazda olan ağrını azaldaraq angina və tonzillitlərin sağalmasnı sürətləndirir. Mədə turşuluğunu artırır, həzmi yaxşılaşdırır, bu səbəbdən də mədə turşuluğunun azalması və həzmin pozulması ilə müşayiət olunan mədə xəstəliklərində istifadə olunur.

 

Əks göstəriş:

Hamiləlik, mədə qıcqırması, hiperasid qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi.

 

İstifadə qaydası:

1-2 filtr-bağlama 1 stəkan (200 ml) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, gündə 2-3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur və ya qarqara şəklində istifadə edilir.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem