Müxtəlif kateqoriyalar altında cəmləşdirdiyimiz 250-dən çox

Məhsullarımız arasından axtardığınızı rahatlıqla tapın

Sağlamlığınız üçün araşdırdığımız​

Herba Flora olaraq 1998-ci ildən fəaliyyət göstəririk

Təbiətdən gələn faydalı bitki məhsullarını kəşf edin

Herba Flora şirkəti olaraq əsas öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir. Onlara sağlam həyat bəxş etmək üçün daim çalışırıq.

Şirkətimiz yaradıldığı ilk gündən bəri, insanlara tam təbii bitki və bitki tərkibli məhsullarla təbiətdən gələn sağlamlığı əlçatan etməyi özünə missiya bilmişdir. 

Herba Flora, daima inkişaf yönümlü siyasəti ilə dünyada bitki tərkibli məhsulların istehsalı sahəsində baş verən yenilikləri izləyir, müştərilərinə ən yüksək texnologiyalarla hazırlanmış keyfiyyətli məhsulları təqdim etmək üçün əzmlə öz üzərində çalışır.

Bənövşə Otunun Faydaları

Bənövşə Otu

Bənövşə həm dekorativ, həm də müalicəvi əhəmiyyətli bitkidir.
Bənövşənin tərkibi rutin, aşı maddələri, kumarinlər, flavonoidlər, askorbin turşusu ilə zəngindir. Orqanizmə antiseptik, bürüyücü, bəlğəmgətirici, iltihab əleyhinə, spazmolitik, yüngül ödqovucu, işlədici və diuretik, tərqovucu, sakitləşdirici təsir göstərir.

Bənövşə bronxit, pnevmoniya və virus xəstəlikləri zamanı bəlğəmi yumşaldır, öskürək əleyhinə təsir edir.
Bu bitki böyrək və sidik yollarının iltihabi xəstəlikləri, sistit, podaqra, revmatizm zamanı da effektlidir.
Bənövşə həm də antiallergik təsir göstərdiyindən uşaqlarda allergik dermatitlər, eksudativ-kataral diatez, seboreya zamanı dəri səthinə islatmalar şəklində də tətbiq olunur.

Günəş Dermatiti

Bişməcələr

Polen Allergiyası

Bənövşənin Faydaları - Herba Flora

Herpes, qoturluq, çətin sağalan səpgilər zamanı bənövşə şirəsi dəri səthinə nazik qat şəklində çəkilir.

Bitkinin tərkibi vitamin C və karotinoidlərlə zəngin olduğu üçün ateroskleroz, ürək tutmaları, oynaqların iltihabı və raxit zamanı da istifadəsi xeyirlidir. Həmçinin bitkinin tərkibində seliyəbənzər maddələr və efir yağları olduğundan mədə-bağırsaq traktının iltihabi xəstəlikləri, dizenteriya zamanı da orqanizmə müsbət təsir göstərir. Stomatologiyada bənövşə ağız boşluğu, dişəti xəstəliklərində, hətta diş ağrıları zamanı effektlidir.
Sizlərin qayğısına qalan Herba Flora şirkəti bir çox allergik xəstəliklərin müalicəsi üçün bənövşə də daxil olmaqla, tərkibi 9 bitkidən ibarət yüksək keyfiyyətli Teader çayı istehsal edir.

Faydalı məlumatlar

Füzuli Hüseynovun yazıları ilə bitkilərin faydaları haqqında məlumat əldə edin

Füzuli Hüseynovun elmi araşdırmalara əsaslanaraq yazdığı faydalı məlumatlar

Hüseynov Fizuli Məmməd oğlu, 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində doğulmuşdur.

1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirərək, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olmuşdur və 1996-cı ildə bitirmişdir.

Füzuli bəy sizlərə yeni və faydalı məlumatları çatdırmaq məqsədilə bloq postları yazır.

Herba Florada

Yenilikər və Fəaliyyətlər

Yeni Məhsul: Fitoton Naftalan Qətransız şampun

Rebranding: Teartroz Çay

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin IV kurs tələbələri “Əczaçılıq texnologiyası” fənni üzrə təcrübə proqramı çərçivəsində Herba Flora şirkətinin zavodunda!

Herba Flora

Mükafatlar və Sertifikatlar