HERBA FLORA






17 iyun tibb işçiləri günü
Məqalələr

Herba Flora şirkəti adından bütün səhiyyə işçilərinin peşə bayramını təbrik edirik. Onlara bu çətin və məsuliyyətli işdə daimi uğur, müvəffəqiyyət diləyirik.


Tərəvəzli qəhvə
Herba Flora / Pəhriz

Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən təbii qida kimi qəbul olunur. Qəhvəni lazımi miqdarda qəbul etdikdə orqanizmin gücü artır, fəaliyyəti yaxşılaşır, fiziki və zehni yoruğunluq aradan qalxır, yüngüllük, xoş əhval-ruhiyyə və gümrahlıq yaranır. Qəhvə tozu qəhvə ağacının toxumlarıdır. Qəhvə hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz, çünki onun tərkibində olan müalicə əhəmiyyətli maddələr parçalanaraq öz təsirini itirir. Qəhvədən qədərindən artıq istifadə etmək də onun faydasını azaldır. Artıq çəkidən əziyyət çəkən xanımlar piy qatından qurtulmaq üçün tərəvəzli qəhvə pəhrizindən istifadə edə bilərlər.


Herba Flora jurnalının 100-cü yubiley buraxılışı
Herba Flora / Məqalələr

Herba Flora jurnalı bugün 100-cü yubiley buraxılışını qeyd edir. Bu münasibətlə redaksiyamıza Milli Məclisin deputatları, ayrı-ayrı media qurumlarının rəhbərləri, yazıçı və şairlər, eləcə də həkimlər təbrik məktubları göndərmişlər.


Çaytikanının faydaları
Herba Flora / Məqalələr

Zahiri görkəmi ilə hardasa murdarçanı xatırladan çaytikanı əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir. Lətli meyvələri ananas tamı verir. Xüsusilə quşlar onun meyvələrini çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yedikdə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır. Murdarçaya bənzər çaytikanı yabanı şəkildə Avropanın hər yerində, Qafqazda, Qərbi və Şərqi Asiyada, Monqolustanda, Çində, Pakistanın və Hindistanın tropik rayonlarında yayılmışdır. Rusiyanin Avropa hissəsində, Şimali Qafqazda, Qərbi və Şərqi Sibirdə və Altayda rast gəlinir. 

 


18 yaşımız oldu...
Herba Flora

Bugün HERBA FLORA ailəsi 18 yaşını qeyd edir. Bu zamana qədər ailəmizin çiçəklənməsində, nailiyyətlər əldə etməsində və inkişafında əməyi keçən hər əməkdaşımıza dərin təşəkkürümüzü bildiririk. AD GÜNÜMÜZ MÜBARƏK!

 


Yazda niyə tez-tez xəstələnirik?
Herba Flora / Məqalələr

Yazın əvvəllərində iştahasızlıq, əsəbilik, yorğunluq, təkrarlanan soyuqdəymələrdən tez-tez şikayət edənlər çoxalır. Saçlar tökülməyə başlayır və parıltısını itirir, dırnaqlar çox kövrək olur – bunlar yaz avitaminozunun əlamətləridir. Təbii ki, vitaminlərin kəskin çatışmazlığından söhbət gedə bilməz. Vitaminlərin kəskin çatmaması orqanizm üçün çox təhlükəli haldır və hətta ölümlə nəticələnə bilər. Beləliklə, “avitaminoz” deyəndə adətən vitamin və mikroelementlərin qismən çatmaması nəzərdə tutulur. Daha dəqiq desək, söhbət hipovitaminozdan və hipomikroelementozdan gedir. Hipovitaminoz niyə məhz yazda olur?


Herba Flora Yardım Yarmarkasında
Herba Flora / Məqalələr

14-15 May tarixlərində İNAYƏ XEYRİYYƏ İctimai birliyinin təşkil etdiyi “Xeyriyyə Yardım Yarmarkası”nda Herba Flora şirkətinin əməkdaşları da yaxından iştirak etmişdir. İctimai birliyin qeydiyyatında olan ehtiyaclı ailələr Yardım Yarmarkasının qonağı oldular və hədiyyələr aldılar.


Xərçəng hüceyrələrini məhv edən birillik yovşan
Herba Flora / Məqalələr

98% xərçəng hüceyrələrini məhv edən birillik yovşan bitkisi - Artemisia annua L. Birillik yovşan bitkisi birillik otlara aid olub Astrakimilər və ya mürəkkəbçiçəklilər fəsiləsinə daxildir. Bitkinin hündürlüyü 1 metrə qədər olur, gövdəsi düzdür, vegetasiya dövrünün əvvəlində yaşıl olur, sonlarına yaxın isə tünd-bənövşəyi rəngə çalır. Bitkinin birillik çiçəkləri sarı rəngdə olur. Birillik yovşan avqustun əvvəlindən sentyabrın axırına qədər çiçəkləyir. Əsasən Qafqaz, Orta Asiya, Ukrayna, Rusiya, Şərqi Sibir ərazilərində rast gəlinir. Onu da qeyd edək ki, birillik yovşan xəstəliklərə və quraqlığa davamlı bitkidir.


Ağrıya qarşı pəhriz
Herba Flora / Pəhriz

Çəkini azaltmaq üçün pəhriz saxlamağın mövcud olduğu məlumdur, lakin ağrıya qarşı pəhriz yeni və perspektivli istiqamətdir.
Ağrılar müxtəlifdir və bəzən ondan qurtulmaq üçün dərman yeganə vasitə olur. Təsirinin az və ya çox olmasından asılı olmayaraq dərmanlar zərərsiz deyillər. Alternativ üsullar isə həmişə təsirli olmur. Qidanı dəyişməklə başağrısı, əzələ ağrısı, menstruasiyadan əvvəlki və bel nahiyəsindəki ağrılarla mübarizə aparmağın mümkünlüyü çox maraqlıdır.


Bölgələrdən paytaxta
Herba Flora / Məqalələr

Bölgələrdən paytaxta - QUSAR günləri 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem