HERBA FLORA






Xəstəliyin xəbərçisi - İylənmiş Balıq Qoxusu
Herba Flora / Məqalələr

 

Qardnerellyoz və ya bakterial vaginoz ginekoloji xəstəliklər arasında çox geniş yayılmışdır. Gardnerella vaginalis bakteriyaları hər bir sağlam qadının uşaqlıq yolunun normal mikroflorasının tərkibində var, lakin laktobakteriyalar ilə balans halında olduğundan xəstəlik törətmir. Laktobakteriyaların sayının azalması ilə müşayiət olunan hallar zamanı disbalans yaranır və xəstəlik əlamətləri baş qaldırır.


Yaşıl çay: üzrü günahından betər
Herba Flora / Məqalələr

 

Yaşıl çayın faydası haqqında demək olar ki, eşitməyən yoxdur. Qədim Çin rəvayətinə görə, yaşıl çay dünyaya müqəddəs Bodhidharma tərəfindən göndərilmişdir. Çinin qədim sərkərdələrindən olan Şen Nun öz ölkəsinin sakinlərinə yaşıl çay içməyi məsləhət görür və onun oynaq ağrılarını azaltmaq, görməni yaxşılaşdırmaq, immun sistemi gücləndirmək, yorğunluğu aradan qaldırmaq kimi müalicəvi xüsusiyyətləri olduğunu söyləyirdi. 


Ürək Ritminin Pozulması...
Herba Flora / SualCavab

 

Ürəyin ritm pozulmaları arasında ən çox rast gəlinən ekstrasistoliya - ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur. Təxminən hər 10 xəstədən 6-da müşahidə olunan ekstrasistoliyanın rastgəlmə tezliyi 50 yaşdan sonra 90 faizə çatır. Əslində sağlam ürək də sutka ərzində 200 dəfə növbədənkənar yığıla bilər. 


İstivurma Zamanı İlk yardım
Herba Flora / Məqalələr

 

Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən istivurmaya səbəb olur. İstivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi, tər ifrazının kəsilməsi və huşun itməsi ilə müşayiət olunan xəstəlikdir. Günvurma isə istivurmanın xüsusi forması olub günəş şüasının birbaşa baş nahiyəsinə düşməsi nəticəsində yaranır. 


Ağciyər Xəstəliklərinə Faydalı Bitki
Herba Flora / Məqalələr

 

Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır. Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub... 


Günəş Şüalarına Qarşı Allergiya. Təbii Çarələr...
Herba Flora / Məqalələr

 

 

 Əsas həyat mənbələrindən biri olan Günəş orqanizmində gedən bir çox  proseslərə müsbət təsir edir, lakin günəş şüalarına qarşı allergiyası      olanlar da var. Günəş dermatiti və ya fotodermatit aktinik dermatitin    növlərindən sayılır, dərinin günəş şüalarına qarşı allergik-iltihabi    reaksiyasıdır. Xəstəliyin ağırlıq dərəcəsi günəşin intensivliyindən başqa  həm də orqanizmin fərdi reaktivliyindən asılıdır. 


Mövsümün Aktual Problemlərindən Biri
Herba Flora / Məqalələr

 

Yay fəsli gəzinti və istirahət üçün nə qədər arzuolunan və əlverişli olsa da, özü ilə çoxlu qayğılar da gətirir. Həmin mövsümdə ən çox narahatlıq doğuran və daha çox geniş yayılıan qida toksikoinfeksiyaları, sadə dildə desək, zəhərlənmələrdir.

Yay mövsümündə qida zəhərlənmələrinin sayının artma səbəbləri
Bu, ilk növbədə iqlim şəraiti və havaların istiləşməsi ilə əlaqədardır. Havanın hərarəti çox olanda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artdığına görə yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır.


Sellülitdən Necə Xilas Olaq?
Herba Flora / Məqalələr

 

 

Sellülit – dərialtı piy qatında gedən struktur dəyişiklikləri və ya dərinin mexaniki deformasiyası olub, mikrosirkulyasiyanın pozulması və səthi piy hüceyrələrinin hipertrofiyası nəticəsində yaranır. Sellülit zamanı dərinin və dərialtı piy qatının hüceyrələri özünün metabolizm məhsullarını xaric edə bilmir, əksinə, yağ, maye, toksin və şlakları ikiqat sürətlə toplayır. Ona görə də həmin hüceyrələrin ölçüsü böyüyür və piy toxumasının həcmi artdığı üçün dərialtı birləşdirici toxuma liflərinin arasından xaricə doğru qabarıqlar əmələ gəlir.


Yetişməmiş Meyvələri Faydalı olan Bitki
Herba Flora / Məqalələr

 

Cəmi bircə gün çiçək açan vanil xüsusi arılar və kolibri quşları vasitəsilə tozlanır. Tozlanmasının çətinliyi onun kütləvi surətdə becərilməsinə mane olur, süni tozlanma zamanı isə çiçəklərin heç də hamısı tozlanmır. Ən çox Madaqaskarda əkilib-becərilən vanilin yetişmiş meyvələrindən ədviyyat kimi istifadə edilir.


Dırnaqlarımız Hansı Xəstəliklərdən Xəbər Verir?
Herba Flora / Məqalələr

 

Köhnə bir deyimə görə, dırnaqlar üzərində əmələ gələn ağ ləkələr uğur, tünd ləkələr uğursuzluq əlamətidir. Bəs əslində dırnaqlar hansı əlamətlərdən xəbər verə bilər?

Dırnaqların xarici görünüşü təkcə estetik və gigiyenik məsələ deyil, bəzən onların forma və rənginin, şəffaflığının dəyişməsi, üzərində ləkələrin yaranması bir çox xəstəliklərdən soraq verir. 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem