HERBA FLORA






Podaqra – bitkilərlə müalicə
Herba Flora / Məqalələr

Podaqra orqanizmdə purin mübadiləsinin pozulmasından əmələ gələn bir xəstəlikdir. Bu xəstəlik zamanı ayaq baş barmağının çöl hissələrində, dabanların altında, diz oynaqlarının ətraflarında şişkinlik və güclü ağrılar olur. Əgər sizdə belə hallar varsa, qanın analizini vermək lazımdır. Bu zaman sidik turşusunun miqdarı normadan çoxdursa, deməli sizdə podaqra əlamətləri var. Bundan sonra böyrəklərinizi də yoxlatdırın, çünki bu zaman böyrəklərdə çox vaxt urat mənşəli duzlar olur. Podaqra daha çox ət yeyən, əsasən mal əti yeyən insanlarda olur.

 


Bal balqabaq
Herba Flora / Məqalələr

Bu gün sarı-sarı gözəl balqabaqlar gördüm, balqabaqla bağlı bu resept yadıma düşdü. Bu reseptdən istifadə edənlər balqabağın necə bir nemət olduğunu görəcəklər. Bizə lazım olanlar isə sadəcə orta ölçülü balqabaq və bal olacaq. Deməli, balqabaq baş tərəfdən elə kəsilir ki, əl içinə girə bilsin. Kəsildikdən sonra içindəki tumları təmizlənilir və tam dolanadək içinə bal doldurulur (bal tapa bilməsəniz şəkər tozuda olar). Əvvəlcə baş hissəni kəsdiyiniz qapağı üstünə qoyub sərin qaranlıq bir yerə qoyun.

 


Tikanlı kəvər
Herba Flora / Məqalələr

Capparis spinosa

Fəsiləsi: kəvərkimilər (capparaceae). Tikanlı kəvər əsasən qarışqa və həşəratlar vasistəsilə çoxalır, onun toxumları kiçik həşəratlar vasitəsilə qaya və daş yarıqlarının arasına daşınıraq onun yayılmasına səbəb olur. Torpaüstü hissəsi birillikdir, quruyandan sonra növbəti il yenidən cücərir. Dərin kök sisteminin olması onu küləyə, selə, yağış sularına və torpaq sürüşmələrinə qarşı davamlı edir. Əsasən dağlıq ərazilərdə bitdiyinə görə heyvanlar üçün yaxşı yem hesab olunur. Tarixçə - Tikanlı kəvərin adına ilk dəfə “Gilqameş dastanı”nda rast gəlinir. Rusiyada yaşayan fransız əsilli kulinar Lüsyen Olivyenin XIX əsrin sonlarında kəşf etdiyi və indi də bayram süfrələrini bəzəyən “Olivye” salatının orijinal reseptində tikanlı kəvər meyvələri də var idi.


Zob xəstəliyi zamanı təbii çarələr
Herba Flora / Məqalələr

Zob geniş yayılmış xəstəlikdir, ölkəmizin ərazisi daha çox dağ çayları ilə zəngin olduğundan və əhalinin böyük əksəriyyəti həmin çayların suyunu içdiyindən endemik olaraq daha geniş yayılmışdır. Çünki dağ çaylarında minerallar azlıq təşkil edir. Əsasən də yod və flüor elementlərinin miqdarı az olur nəticədə də yod çatışmazlığı əmələ gəlir. Zoba şübhə olanda ilk növbədə qandan analiz verərək T3, T4, TSH və anti-TPO hormonlarının miqdarını öyrənmək, yalnız bundan sonra müalicəyə başlamaq lazımdır. Qanda T3 və T4 miqdarı artıbsa və TSH azalıbsa, deməli, qalxanabənzər vəz həddindən çox işləyir, T3 və T4 miqdarı azalanda mütləq TSH artıq olacaq.


Kartof və kök şirəsinin 20 faydası
Herba Flora / Məqalələr

Bizlər xəstələndiyimiz zaman çalışmalıyıq ki, yediyimiz yeməklərlə, içdiyimiz içkilərlə müalicə tapaq, əgər bunlar effekt verməsə, sonra dərman bitkilərindən və ondan sonra dərmanlardan istifadə edək. Yazdığım bu 2 şirənin qarışığı mənim öz xəstələrimə çox vaxt təyin etdiyim və nəticələrini gördüyüm bir qarışımdır. Hər iki bitki ayrı-ayrılıqda faydalıdır, əgər bizlər kök şirəsini rahatca içə biliriksə kartof şirəsini rahat içə bilmirik və beləcə kartof şirəsindən faydalanmırıq. Dəfələrlə mədə bağırsaq, miomaların müalicəsində kartof şirəsi təyin etsəmdə, çox insanlarımız kartof şirəsindən istifadə etməmiş, amma bu qarışım rahat içilir, həm kökün, həm də kartofun faydalarını görmüş oluruq. Faydaları isə bitməz və tükənməzdir.


Yaşıl qəhvənin faydaları
Herba Flora / Məqalələr

Yaşıl qəhvə dənələri heç də ilk baxışdan göründüyü kimi yarımfabrikat deyil, əksinə istifadəyə tam yararlı olan məhsuldur. Onu termiki işlənmədən keçirmirlər, yəni qovurmurlar. Çəkinin azaldılması və arıqlatmaq xüsusiyyətinə görə son illər çox geniş yayılmışdır. Yaşıl qəhvənin faydalı keyfiyyətləri ilə yanaşı bəzi zərərli xüsusiyyətləri də var. İlk növbədə ondan düzgün istifadə etmək lazımdır.

 


Zeytun yağı süd vəzi xərçənginə qarşı
Herba Flora / Məqalələr

Birinci sıxım zeytun yağının tərkibində çoxlu miqdarda faydalı birləşmələr, xüsusən də fitoximikalilər var. Birinci sıxım dedikdə zeytundan yağın çıxarılması zamanı istilik və kimyəvi işlənmənin istifadə olunmaması nəzərdə tutulur. Belə yağın tərkibində çoxlu faydalı komponentlər qorunub saxlanır. Şiş hüceyrələrinə dağıdıcı təsir göstərir və onların məhvinə səbəb olur. 

 


Stomanginol - Boğaz ağrıları və ağız boşluğu problemlərinin həlli
Herba Flora / Məqalələr

Stomanginol

(Ağız boşluğu və boğaz üçün təbii antiseptik məhlul)

Stomanginolun  100 ml-nin  tərkibi:

Nanə cövhəri – 16 ml

Gülümbahar cövhəri - 10 ml

Adaçayı cövhəri – 12 ml

Qliserin - 10 ml

Təmizlənmiş su – 52 ml


Kişilərin ikinci ürəyi
Herba Flora / Məqalələr

Prostat vəzi əbəs yerə kişilərin “ikinci ürəyi” adlandırmırlar. Hətta kişilər yaşlaşanda da cərrahi əməliyyatla onun götürülməsi ilə barışmaq istəmirlər. Xalq təbabəti reseptindən istifadə etməklə cərrahi müdaxilənin qarşısını almaq olar. Prostat vəz ağrıları zamanı qanda prostaqlandinlərin miqdarı artır, xəstələr dinclik tapa bilmir, həmişə həyəcanlı olur, sidiyə çətin gedirlər və bəzən isə ikiləşmiş sidik olur. 


Arı məhsulları
Herba Flora / Məqalələr

Orqanizmin sağlamlığı və qidalanmasında böyük rolu olan məhsullardan biri də erkək arı sürfələridir. Çində arıçılığın bu sahəsində zəngin təcrübə qazanılmış və böyük istehsal yaradılmışdır. Çox qədimdən ölkədə sıxılıb qurudulmuş və sıxılıb duzlanmış arı sürfələrindən istifadə olunur. Müalicəvi vasitələri arı sürfələri xitinləşməmiş hazırlayırlar.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem