HERBA FLORA






Mate çayı - pırkal otu
Herba Flora / Məqalələr

Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir. Mate çayı pırkal bitkisinin qurudulmuş, xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pırkal bitkisinin yarpaqları “mate otu” adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırırlar və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir. Mate sözü keçua dilində mati sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. 


Süd pəhrizi
Herba Flora / Məqalələr

Süd pəhrizinin başqa cür – ağ pəhriz adlandırılmasının səbəbi onun ağartı məhsullarından – süd, kefir, xama, evdə hazırlanan kəsmik, yoqurt və hər növ pendirdən ibarət olmasıdır. Süd məhsulları toxluq hissi yaradan zülalla, faydalı maddələrlə zəngindir. Ona əməl edərkən yalnız kərə yağı və dondurmadan uzaq olmaq lazımdır. Həmin məhsullar çox yağlı olduğundan yüksək kalorilidir. Su qəbul etməyi isə unutmaq olmaz, çünki mütəmadi olaraq su içilməsi vacib məsələdir.


Enerjili olmaq üçün...
Herba Flora / Məqalələr

Mütəxəssislər zehni yorğunluq və yaddaş zəifliyinin qidalanma, həyat tərzi və idmandan çox asılı olduğunu söyləyirlər. İdeal çəki normal həyat sürmək və idmanla məşğul olmaq həmin amillərin aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rol oynayır. Tam güclü və enerjili olmaq üçün bir sıra məsləhətlərə əməl edilməlidir. 


Keşyu haqda nə bilirik?
Herba Flora / Məqalələr

Əsasən tropik ölkələrdə yetişdirilən keşyunun vətəni Braziliyadır. Onun meyvələrinin qabığından alınan kaju (kardoyl) yağı tibb və texnika sahəsində istifadə olunur. Müxtəlif yeməklərin hazırlanması zamanı onun armud şəklində olan saplaqları (kaju alması) əlavə edilir. Keşyunun 12 metrə çatan qocaman gövdəsindən yapışqan kamed alınır. Keşyu çox asanlıqla çoxaldılır. Vaxtilə Braziliya ərazisində yaşayan hindu əsirləri olan tikunalar da ondan istifadə etmişlər. Tikuna dilindən “keşyu” sözünün tərcüməsi sarı meyvə deməkdir. Onlar keşyudan təkcə kulinariya məqsədi üçün istifadə etmirdilər.


Donvurma zamanı nə etməli?
Herba Flora / Məqalələr

Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm donmaya məruz qalır.

 

 


Qış depressiyası
Herba Flora / Məqalələr

 

Qış depressiyası bir növ affektiv narahatlıq – emosional pozğunluqdur. Bu hal fəsil depressiyalarının bir növüdür.

Əsasən əhval-ruhiyyənin aşağı olması, həssaslıq, koqnitiv pozğunluqlarla – adaptasiya olmada çətinlik, yaddaşın zəifləməsi və s. müşahidə edilir.

Qadınlar kişilərlə müqayisədə bu hala daha həssasdırlar. Əsasən 18-30 yaş arası insanlarda daha çox baş verir.

Bir çox alimlər bunu qış vaxtı yetərli gün işığı almama ilə əlaqələndirirlər.

İşıq çatışmazlığı isə öz növbəsində beyində hipotalamusun işinə mənfi təsir edir, melatonin və serotonin arasındakı balans pozulur.

Fəsil depressiyasının əlamətləri erkən payızdan da başlayaraq qışa qədər qala bilər. Hətta bir çox insanlar bu hala çox ağır reaksiya verirlər.

 

 


Epilepsiya
Herba Flora / Məqalələr

 Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəstəliklərdən biridir.

 Rəvayətlərə və tarixi mənbələrə görə, həmin xəstəlikdən bir çox məşhur şəxsiyyətlər, o cümlədən  sərkərdə, siyasət və  ədəbiyyat xadimləri əziyyət çəkmişlər.

 Onların sırasında Makedoniyalı İsgəndər, Yuli Sezar, görkəmli rus yazıçısı Fyodor Dostoyevski və başqaları  da var.

 Bəlkə də elə buna görə də epilepsiyanı "müqəddəs" və ya "ilahi xəstəlik" adlandırırlar.

 Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hazırda dünyada epilepsiyanın yüngül və ağır formalarda  7 milyona yaxın  daşıyıcısı var.

 Xəstəliyin meydana çıxmasında irsi amillər də böyük rol oynayır.

 

 


Kökəlmək istəyirik
Herba Flora / Məqalələr

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir.

Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir. Bəs fizioloji və genetik xüsusiyyətlər səbəbindən çəki yığıb görkəmini istədiyi kimi dəyişə bilməyən “arıqlar” nə etməlidir?

Kökələ bilməməyin əsas səbəbi çəki azlığından əziyyət çəkənlərin ektomorf quruluş tipinə aid olmasıdır.

Onlara sümüklərin uzun, əzələlərin nazik, döş qəfəsinin və çiyinlərin dar, sinir ötürmə proseslərinin isə sürətli olması xarakterikdir.

Emosional, stressə meyilli, yuxusu tez-tez pozulan, zəif iştahalı, bunlarla yanaşı metabolizmi çox sürətli gedən tiplər bəzən distrofiya dərəcəsində arıq olurlar. Həmin fizioloji xüsusiyyətlərin üstünə səhər yeməyini yeməmək, gün rejimini gözləməmək, ayaqüstü qidalanmaq, yuxu və istirahət saatlarını “vacib” işlərə sərf etmək kimi pis vərdişlər də gələndə daha xoşagəlməz vəziyyət yaranır. Ona görə də kökəlmək istəyənlər həmin vərdişlərini dəyişməli və üç əsas qaydaya riayət etməlidirlər:

 


Ayaq tərləməsi
Herba Flora / Məqalələr

Tər ifrazı orqanizmin isinməyə qarşı qoruyucu reaksiyasıdır və daha çox müəyyən nahiyələrin
lokal xarakterli tərləməsi ilə özünü büruzə verir.
Ayaqların fəsildən aslı olmayaraq yayda və qışda çox tərləməsi təkcə estetik deyil, ilk növbədə tibbi problemdir.
Ayaq tərləməsi bir çox hallarda soyuqluq və pis qoxu ilə də müşayiət olunur.
Onun dərəcəsini müəyyənləşdirmək üçün sadə bir testdən istifadə etmək olar: suya 5-6 damcı yod əlavə edərək ayaqlara çəkilir,
quruyandan sonra ayaqlara qarğıdalı nişastası səpilir, yodlu su çəkilmiş nahiyədə göyərmə əmələ gəlməsi tərləmənin normadan
aşırı dərəcədə olduğunu göstərir.

 

 

 


Vanil
Herba Flora / Məqalələr

Cəmi bircə gün çiçək açan vanil xüsusi arılar və kolibri quşları vasitəsilə tozlanır.

Tozlanmasının çətinliyi onun kütləvi surətdə becərilməsinə mane olur, süni tozlanma zamanı isə çiçəklərin heç də hamısı tozlanmır.

Ən çox Madaqaskarda əkilib-becərilən vanilin yetişmiş meyvələrindən ədviyyat kimi istifadə edilir.

Xoş ətri sayəsində dünya ölkələrinin mətbəxində özünəməxsus yeri olan təbii vanil  restoran və otellərdə pudinq, sufle, dondurma, peçenye, keks və kokteyl kimi bahalı qənnadı məhsullarının hazırlanmasında xammal rolu oynayır.

Kütləvi istehsal müəssisələrində isə sintetik yolla əldə edilən vanilindən çox istifadə edilir.

 

 

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar





   
İxtisaslı həkimlər suallarınıza cavab verəcək.
Sual-Cavab

Fitoton Şampun

Fitoton Xınalar