HERBA FLORA






Qış pəhrizi
Herba Flora / Pəhriz

 

Qarlı-çovğunlu qış qapını alanda, təbiətə ağ qumaşdan don biçiləndə hərəkət etmək imkanı məhdudlaşır, infeksiyalar çoxalır, orqanizmin immuniteti düşür. Əksəriyyətimiz qarlı qış fəslində vaxtımızın çox hissəsini dörd divar arasında keçirməli oluruq. İlin soyuq fəslində seçilən pəhriz də sadalanan xüsusiyyətlərə uyğun olmalıdır. Diyetoloqlar bunu nəzərə alaraq qış fəsli üçün xüsusi pəhrizlər təklif edirlər. Elə pəhrizlər ki, orqanizmimizi infeksion xəstəliklərdən qorusun, vitaminlərlə bol təmin etsin və ovqatımızı yüksək saxlasın. 

 


Varikoza qarşı effektli resept
Herba Flora / Məqalələr


 

At şabalıdı hündürlüyü 30-35 metrə çatan ağac bitkisidir. O, ilk 10 ildə olduqca ləng inkişaf etsə də, daha sonrakı illərdə intensiv böyüyür. Toxum meyvələri yaşıl rəngli, tikanlı qutucuq-qərzək içərisində inkişaf edir. Qutucuqda adətən 1, nadir hallarda 2-3 ədəd meyvə olur. Ağac inkişafının 15-25-ci ilində meyvə verir. Meyvələri acı dadına və büzücü təsirinə görə insanlar tərəfindən yeyilmir. Yeyilən zaman bəzən zəhərlənmə halları baş vermişdir. İribuynuzlu heyvanlara isə zəhərləyici təsir göstərmir, əksinə üyüdülmüş halda qiymətli yem kimi istifadə olunur.

 


"Tənbəllik" xəstəliyi
Herba Flora / Məqalələr

Image result for fat family watching tv

 

Elmi-texniki tərəqqinin bir çox nailiyyətləri – kompüter, internet, nəğdsiz ödəmə, sifarişlərin evə çatdırılması və s. həyat şəraitini asanlaşdırmaq məqsədi daşıyır. Bəlkə də işləmək məcburiyyəti olmasaydı, heç kim mənzildən bayıra çıxmazdı. İş yerlərində və istehsal müəssisələrində hər şey dəyişərək müasirləşib və gün ərzində iş saatının çoxunu kompüter arxasında oturmaq məcburiyyəti yaranır.


Unutqanlığın dərmanı...
Herba Flora / Məqalələr

 

Hələ eradan əvvəl III əsrdə qədim insanların yerkökünü əkib-becərməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib.


Kişilərdə klimaks?
Herba Flora / Məqalələr

 

Kişi klimaksı, başqa sözlə andropauza qadın klimaksına nisbətən daha erkən yaşlarda başlayır. Qadınlardan fərqli olaraq kişilər orqanizmin normal fizioloji dəyişikliyini xarakterizə edən “klimaks” sözünə daha skeptik yanaşır, hətta bəzən qeyri-adi qarşılayırlar. Əksər kişilər təbiət tərəfindən proqramlaşdırılmış reallığı bəzən qəbul etmək istəmir.

Kişi klimaksı bir çox hallarda özünü güclü əlamətlərlə büruzə verməsə də, güclü cinsin bəzi nümayəndələrinin xarakteri andropauza zamanı dəyişir, onlar hisslərini cilovlaya bilmir, özlərini ələ almaqda çətinlik çəkirlər. Təbiətən təmkinli və sakit kişilər emosional cəhətdən həssaslaşır, hətta bəzən dəlisov təbiətə malik olur, yumor hissi və həyat eşqi yüksək olanlar depressiyaya düşür, qaradinməz kişilər isə ünsiyyətcilliyi və qayğısızlığı ilə ətarfdakıları heyrətləndirir.


Körpə niyə doymur?
Herba Flora / Məqalələr

Süd vəzlərinin sekretor qabiliyyətinin azalması nəticəsində südverən anada körpəni yedirməyə yetərli qədər südün olmaması hipoqalaktiya adlanır. Hypo-altında, aşağı, galactos-süd deməkdir. Birincili və ikincili olmaqla hipoqalaktiyanın iki forması ayırd edilir.

Birincili hipoqalaktiyaya qadınların 4-10 faizində rast gəlinir. Birincili hipoqalaktiyanın səbəblərinə doğuş dominantlığının olmaması, doğuşdan sonra uşağa süd verməmək, doğuşdan sonrakı mərhələdə qadında laktasiya üçün psixoloji stimulun olmaması, əməliyyatdan sonra xəstəliyin olması və s. daxildir.


Bizi qorxudan qorxular...
Herba Flora / Məqalələr

 

Qorxu hissi hamıda var. Bu, özünüqoruma instinktinin mexanizmlərindən biri olaraq təbiətən verilmiş xüsusiyyətdir. Normal qorxu təhlükə haqda xəbərdar edir və ondan qoruyur. Özünüqoruma instinkti ilə əlaqədar olmayan qorxular isə çox vaxt uydurma xarakteri daşıyır və patoloji hesab edilir. Qeyri-adekvat reaksiyaya səbəb olan  patoloji qorxular fobiya adlanır.


Dəfnə - qarın piylərini əritmək üçün
Herba Flora / Məqalələr

 

Qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırlırdı. Hal-hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada  az-az  xörək olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir.


Akvaterapiya
Məqalələr

Akvaterapiya psixoterapevtik və bilavasitə bədən xəstəliklərinin müalicəsi ilə əlaqədar olaraq iki yerə bölünür. Təcrübə göstərir ki, su mühitinə uyğunlaşma və ona qarşı qorxunun dəf edilməsi psixoloji problemlərin asan həll olmasına səbəb olur. Xüsusilə psixoloji qiymətləndirmə əhəmiyyətli dərəcədə yaxşılaşır, ətrafdakılarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər müşahidə edilir, əhval-ruhiyyə, yaradıcı potensial və işgüzarlıq yaxşılaşır, xəstə müxtəlif “fobiya”, izah olunmayan həyəcan və başqa mənfi psixofizioloji hallardan azad olur.

 


28 iyul Ümumdünya Hepatitlə Mübarizə günüdür!
Herba Flora / Məqalələr

28 iyul World Hepatitis Day hər il əksər dünya ölkələrində qeyd edilir. Məhz 28 iyulda hepatitlə mübarizə gününün keçirilməsi hepatit B virusunu aşkara çıxarmış amerikalı alim Barux Samuel Blyumberqin doğum günü ilə bağlıdır. ÜST 2011-ci ildə bu günü öz təqviminə hepatitlə mübarizə günü kimi həkk etmişdir. ÜST bütün dünya ölkələrinin həkimlərinə bugünlə bağlı maarifləndirici aksiyaların, profilaktik tədbirlərin, hepatit əleyhinə vaksinasiyanın keçirilməsini tövsiyə edir.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem